11:48 - 3.06.2025
3 iyun, Fineko/abc.az. Google YouTube Premium Lite abunəliyində ayda 8 dollara reklam həcminin artacağını elan edib.
ABC.AZ xəbər verir ki, bu, şirkətin abunəçilər üçün yazdığı məktubdan məlum olub. 30 iyun 2025-ci il tarixindən etibarən reklamlar Shorts-da görünəcək, əvvəllər isə yalnız musiqi kontentində nümayiş olunurdu.
YouTube üçün Premium Lite bu ilin mart ayında istifadəyə verilib. YouTube Premium-dan fərqli olaraq, yeni abunədə ayda 14 dollara tam versiyanın bir sıra üstünlükləri yoxdur. Xüsusilə, istifadəçilərin video yükləmək və arxa planda kontentə baxmaq imkanı yoxdur. Həmçinin Premium Lite sahiblərinin YouTube Music-ə çıxışı yoxdur.