Ukrayna 1 milyard avroluq qaz almaq imkanı axtarır

10:08 - 3.06.2025


3 iyun, Fineko/abc.az. Ukrayna qıtlığın qarşısını almaq üçün 1 milyard avro dəyərində qaz almaq imkanı axtarır.

ABC.AZ xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, enerji naziri ilə birlikdə çatışmayan həcmin yarısını necə tamamlamaq imkanları nəzərdən keçirilir. Hazırda ölkə Norveçlə danışıqlar aparır.

Vladimir Zelenskinin vurğuladığı kimi, bəlkə də Ukrayna əhalini tam qazla təmin edə bilməyəcək.