Dubayda Akala innovativ sağlamlıq kompleksi — "zamansız" qüllələr tikiləcək

17:30 - 30.05.2025


30 may, Fineko/abc.az. Dubayda səyyahların sağlamlığı üçün dünyanın ilk otel kompleksi olan “Akala” əkiz qüllələri inşa ediləcək.

ABC.AZ xəbər verir ki, 220 m hündürlüyündə 534 iqamətgahı olan iki qüllə the Dubai International Financial Center (DİFC) ilə şəhər mərkəzi arasında yerləşəcək.

Kompleksdə spa, fitness mərkəzləri, kök hüceyrə müalicəsi olan klinika, eko-menyu restoranları və özəl kinoteatr olacaq. Mənzillərin qiyməti 3,79 milyon dirhəmdən (1,03 milyon dollar), penthaus — 150 milyon dirhəm (40,5 milyon dollar) təşkil edəcək.

Tikinti 2029-cu ilin sonuna qədər başa çatacaq. Layihə sağlam və xoşbəxt həyat tərzi axtaran yeni nəsil üçün nəzərdə tutulub. “Arada” “Akala”nı dünyanın digər bölgələrində də inkişaf etdirməyi planlaşdırır.