Dünya üzrə ən çox etibar edilən avtomobillər - Siyahı

16:26 - 30.05.2025


30 may, Fineko/abc.az. 2024-cü ildə dünya üzrə ən çox etibar edilən və keyfiyyətə görə yüksək qiymət almış avtomobil markalarını və modellərini təqdim edirik.

ABC.AZ-ın araşdırmasına görə, ən keyfiyyətli avtomobil markasına Toyota / Lexus başçılıq edir.

Belə ki, bu marka etibarlılıq, az texniki problem, uzunömürlü mühərriklər baxımından seçilir.

"Honda" “Acura" ikinci sırada qərarlaşıb.  Yaxşı balans, keyfiyyət, qiymət və az yanacaq sərfiyyatı bu modelin xüsusiyyətlərindəndir.

Üçüncü sırada qərarlaşan "Mazda" keyfiyyətli materiallar, sürüş zövqü və etibarlılığına görə fərqlənir.

"Subaru" "4x4" markaları sistemləri, təhlükəsizlik və davamlılığı ilə öndədir.

"Hyundai / Kia " son illərdə dizayn və texnologiya baxımından böyük irəliləyiş əldə edib.

Müəllif: Elmir Murad