Sahibkarlığın İnkişafı Fondunun qiymətli kağızlara investisiyaları azalıb, ya artıb?

15:02 - 14.05.2025


14 may, Fineko/abc.az. Ötən iiin sonuna İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) investisiya qiymətli kağızlarının ümumi dəyəri 79 milyon 122 min manat təşkil edib.

ABC.AZ Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, sənədə əsasən, bu, illik  müqayisədə 10 milyon 202,4 min manat və ya 11,4 % azdır.

Fondun investisiya qiymətli kağızlarının ümumi dəyəri 89 milyon 326 min manata bərabər olub.