Azərbaycan neftinin qiyməti bir barelə 79,91 dollar təşkil edir

10:18 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,25 dollar (0,31%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,91 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti bazar ertəsi günü, 17 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində bir barelə 68,91 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti 17 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində  bir barelə 78,05 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 9,14 dollar / barelə təşkil edir.