19:15 - 17.09.2018
17 sentyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunda avtomobil yolunun tikintisi üçün vəsaitin ayrılması barədə sərəncam imzalayıb.
“Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)–Masazır–Novxanı avtomobil yolunun tikintisi məqsədi ilə, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın”, - dövlət başçısının saytında dərc olunan sərəncamda belə deyilir.
Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)–Masazır–Novxanı avtomobil yolu, 75 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib.
27 İyul 2026