Xiaomi DeepSeek-ə bənzər model təqdim etdi

14:25 - 30.04.2025


30 aprel, Fineko/abc.az. Xiaomi Çində süni intellekt sahəsində rəqabəti gücləndirərək DeepSeek R1-ə bənzər MiMo reasoning adlı açıq mənbəli süni intellekt modelini təqdim edib.

ABC.AZ xəbər verir ki, Bloomberg-in məlumatına görə, şirkət MiMo modelinin testlər zamanı OpenAI-nin o1-mini və Alibaba-nın Qwen platformalarını üstələdiyini açıqlayıb.

MiMo modeli Alibaba-nın yeni modelinin təqdimatından bir gün sonra ictimaiyyətə təqdim olunub. Bu, Çinin yerli süni intellekt texnologiyalarını inkişaf etdirmək səyləri fonunda baş verib.

Təqdimatdan sonra Xiaomi-nin səhmləri Honq Konq birjasında 5%-dən çox bahalaşıb.