Azərbaycana səfər edən turistlər ən çox hava yolu vasitəsi ilə gəlir

15:33 - 17.04.2025


17 aprel, Fineko/abc.az 2025-ci ilin yanvar-mart aylarında Azərbagcana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,9 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 1,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,7 faiz azalaraq 468,9 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 24,1 faiz, Gürcüstana gedənlərin sayı 16,4 faiz artmış, Türkiyəyə gedənlərin sayı 5,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə  25,3 faiz azalmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının 36,5 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 11 faizi Gürcüstana, 10,7 faizi İrana, 26,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil etmişdir.

2025-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,2 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.