15:19 - 17.04.2025
17 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən Azərbaycana gələnlərin sayı 4,0 dəfə, Tacikistandan – 2,0 dəfə, Çindən – 1,8 dəfə, İordaniyadan – 1,6 dəfə, İspaniyadan – 1,6 dəfə, Hindistandan – 47,6 faiz, Qırğızıstandan – 32,6 faiz, Yaponiyadan – 26,5 faiz, Misirdən – 25,0 faiz, ABŞ-dan – 17,3 faiz, Kanadadan – 15,2 faiz, Niderlanddan – 12,2 faiz, Pakistandan – 11,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,8 faiz azalaraq 17,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalaraq 82,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 10,7 faiz azalaraq 170,6 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 11,8 faiz artaraq 237,5 min nəfər təşkil edib.
Müəllif: Elmir Murad
27 İyul 2026