10:40 - 16.04.2025
16 aprel, Fineko/abc.az. “OpenAI” şirkəti “X”ə bənzər sosial şəbəkə hazırlayır.
ABC.AZ xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Verge” yazır. Layihə inkişafın ilkin mərhələsindədir.
“OpenAI-nin sosial şəbəkəni müstəqil proqram kimi buraxmağı və ya onu ChatGPT-yə inteqrasiya etməyi planlaşdırdığı bəlli deyil”, – materialda deyilir.
Mütəxəssislərin fikrincə, “X”ə alternativin yaradılması Altman və platformanın sahibi İlon Mask arasında münaqişəni gücləndirə bilər. Keçən il Mask “OpenAI”ni bəşəriyyətin xeyrinə süni intellektdən (AI) istifadə etmək missiyasını pozmaqda günahlandırıb. “OpenAI” isə hesab edir ki, Mask rəqibini ləngitməyə çalışır.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026