Dünyanın ən işlək aeroportu hansıdır?

15:25 - 14.04.2025


14 aprel, Fineko/abc.az. Dubay Beynəlxalq Hava Limanı beynəlxalq sərnişin axını baxımından dünyanın ən işlək aeroportudur.

ABC.AZ xəbər verir ki, bu Beynəlxalq Hava Limanları Şurası tərəfindən açıqlanan hesabatda qeyd edilib.

Məlumata görə, 2024-cü ildə sərnişinlərin ümumi sayı 9,5 milyarda yaxın olub ki, bu da 2023-cü ildən 9 faiz və pandemiyadan əvvəlki səviyyədən (2019) 3,8 faiz artım deməkdir.

Qlobal trafikin 9 faizini (855 milyon sərnişin) təmsil edən ən işlək 10 hava limanı 2023-cü ildən 8,8 faiz və 2019-cu ilin nəticələrinə nisbətən 8,4 faiz (2019-cu ildə 789 milyon sərnişin) artımın şahidi olub. Hava yüklərinin həcminin illik müqayisədə 8,4 faiz (2019-cu ilə nisbətən +3,9 faiz) artaraq 2024-cü ildə 124 milyon metrik tondan çox olacağı təxmin edilir.