14:07 - 8.04.2025
8 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edib.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşımasını məmnunluqla qeyd edərək, bunun ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaratdığını deyib.
Dövlət başçısı Fərzanə Sadiqinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirib və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün vacib layihələrin olduğunu qeyd edib.
27 İyul 2026
27 İyul 2026