13:53 - 7.11.2017
7 noyabr, Fineko/abc.az. Azərbaycan Parlamentində 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam edir.
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova müzakirələr gedişatında bildirdi ki, dövlət başçısının tapşırığı ilə, qeyri-neft sektorunun inkişafının təmin edilməsi üçün sənaye parkları və kvartalların yaradılması üzrə tədbirlər görülməkdədir.
“Bu günə kimi, parkların və kvartalların rezidentləri $1 milyarddan çox sərmayə qoymaqla 5 min iş yerinin açılmasını təmin etmişdirlər. Növbəti mərhələdə rezidentlər daha $850 milyon həcmində sərmayə qoymağı planlaşdırırlar ki, bu da 7500-dən çox yeni iş yerinin açılması deməkdir”, - nazir müavinini belə deyib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026