10:16 - 19.03.2025
19 mart, Fineko/abc.az. Almaniyanın “Siemens” şirkəti 2027-ci ilə qədər 5.6 min işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb. İxtisarlar ilk növbədə istehsalın avtomatlaşdırılması texnologiyaları üzrə ixtisaslaşan bölmələrə, eləcə də elektromobillər üçün akkumulyatorların istehsalına təsir edəcək.
ABC.AZ xəbər verir ki, “Siemens” qərarını zəif tələbata uyğun olaraq istehsal gücünü tənzimləmək zərurəti ilə izah edib.
Şirkət qeyd edib ki, xüsusilə Almaniya və Çində zəif tələb və artan rəqabət təzyiqi son iki ildə sənaye avtomatlaşdırma bölməsində sifarişlərin və gəlirlərin azalmasına səbəb olub.
Xatırladaq ki, martın 17-də Almaniyanın “Audi” avtomobil şirkəti 7.5 min işçisini ixtisar etdiyini açıqlayıb.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026