Azərbaycan vətəndaşlarının İrana səfəri artıb, Türkiyəyə gedənlər isə azalıb

14:52 - 18.03.2025


18 mart, Fineko/abc.az. Azərbaycanda 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 296,3 min nəfər olub.

Dövlət Sərhəd Xidmətidən ABC.AZ-a daxil olan məlumata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 25,4 faiz, Gürcüstana gedənlərin sayı 17,4 faiz artmış, Türkiyəyə gedənlərin sayı 2,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 27,7 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 36,9 faizi Türkiyəyə, 15,8 faizi Rusiya Federasiyasına, 11,4 faizi Gürcüstana, 10,7 faizi İrana, 25,2 faizi digər ölkələrə səfər edib.  Gedənlərin 67,5 faizini kişilər, 32,5 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,1 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.