Antalyada tropik kəpənəklər parkı açılacaq

15:41 - 12.03.2025


12 mart, Fineko/abc.az. 2025-ci ilin iyun ayında Türkiyənin Antalya şəhərində Butterfly World Antalya parkı açılacaq. Bu, dünyanın ən böyük kəpənək parkı və tropik meşə zonası ilə ekzotarium olan qapalı əyləncə kompleksi olacaq. 

ABC.AZ xəbər verir ki, layihəyə 20 milyon dollar sərmayə qoyulacaq. Onun həyata keçirilməsi 500-ə yaxın iş yerinin yaradılmasına imkan verəcək.

Yeni park Kepez bölgəsində, Özdilek Park ticarət mərkəzinin və Dokuma Park muzeyinin yanında yerləşir.
Obyekt at nalı şəklində olacaq. Həyətdə fəvvarə və hovuz inşa ediləcək. Bütün əyləncə mərkəzinin sahəsi 10 min kvadratmetr, binanın özü isə 8 min kvadratmetr təşkil edəcək. Parkda ekzotarium ilə tropik meşə zonası nəzərdə tutulur: burada tropik quşlar yaşayacaq, arı pətəkləri ilə arıxana, koi ilə gölməçə salınacaq. İlkin məlumatlara görə, böyüklər üçün parka giriş biletinin qiyməti 36 dollar təşkil edəcək.