Dəmiryol keçidlərindən keçərkən qaydaları pozanlar belə cəzalanacaq

15:12 - 7.03.2025


7 mart, Fineko/abc.az. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən dəmiryol keçidlərindən keçmə ilə bağlı qaydaların pozulmasına görə də yeni cərimələr müəyyənləşir.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.

Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ üç aydan altı ayadək müddətə məhdudlaşdırılacaq. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.