İlham Əliyev: Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür

19:26 - 5.03.2025


5 mart, Fineko/abc.az.Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür. İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir.

ABC.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında bildirib.

Dövlət başçısı deyib: “Burada qeyd edildiyi kimi, Naxçıvanda hörmətli Prezidentlə birlikdə bir il yarım bundan əvvəl biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl tədbirdə iştirak edirik”.