Aparat rəhbər işdən çıxarıldı - Dövlət Turizm Agentliyində nə baş verir?

12:32 - 5.03.2025


5 mart, Fineko/abc.az. Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb.

Qeyd edək ki, Kənan Qasımov 2009-2014-cü illərdə “Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. O, 2015-ci ilin may-sentyabr aylarında BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən BMT Baş katibinin Gənclər üzrə səfirinin ofisində fəaliyyət göstərib.

2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

ABŞ Dövlət Departamentinin “Fulbright” və “Edmund S.Muskie” Təqaüd Proqramlarının, eləcə də “Arden J.Elsasser Memorial Award” mükafatının qalibidir. (Modern.az)