Azərbaycan səyahət üçün ən yaxşı istiqamətlər siyahısında neçənci yerdədir?

10:42 - 3.03.2025


3 mart, Fineko/abc.az. Dünyanın səyahət və turizm sahəsində ixtisaslaşmış nüfuzlu və məşhur “Wanderlust Magazine” beynəlxalq jurnalı 2025-ci ildə səyahət üçün tövsiyə edilən ən yaxşı istiqamətlərin siyahısını açıqlayıb.

ABC.AZ xəbər verir ki, siyahının ilk üçlüyündə Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Alberta (Kanada) və Azərbaycan yer alıb.

Bu il səyahətçilərin diqqətini çəkəcək əsas məkanlar arasında Kolumbiya, Dubronvik (Xorvatiya), Malayziya, Sinqapur, Uluṟu-Kata Tjuṯa (Avstraliya) və Vilnüs (Litva) da var.

Bundan başqa, ABŞ-da Florida, Tennessi, Şimali Karolina və Missisipi, eləcə də Ər-Riyad (Səudiyyə Ərəbistanı), Qətər, Almaniya, Bermud, Namibiya və Uruqvay kimi məkanlar da 2025-ci ildə kəşf edilməli istiqamətlər arasında göstərilir.

Məşhur səyahət jurnalının siyahısında həmçinin Salzburq və Vyana (Avstriya), Sloveniyanın kiçik qəsəbələri, Özbəkistan və Ruanda kimi unikal turistik məkanlar da yer alıb.