17:18 - 28.02.2025
28 fevral, Fineko/abc.az. Azərbaycan Turizm Bürosu indiyə qədər əksəriyyəti Bakı və Abşeronda yerləşməklə 257 hotelə ulduz sertifikatı verib.
ABC.AZ xəbər verir ki, bunu qurumun sədrinin müşaviri Kənan Quluzadə Bakıda keçirilmiş “Azərbaycan Hotel Assosiasiyası” (AHA) İctimai Birliyinin 6-cı Baş Assambleyasında bildirib.
Tədbir ötən il görülmüş işlər haqqında məlumat vermək və gələcək fəaliyyət planını müzakirə etmək məqsədilə təşkil olunub. Assambleyada dövlət qurumlarının nümayəndələri, hotelçilik sənayesinin təmsilçiləri və digər turizm assosiasiyalarının rəhbərləri iştirak ediblər.
K.Quluzadə turizmin inkişafı üçün çoxistiqamətli işlər həyata keçirildiyini, hotellərin təklif etdiyi xidmət səviyyəsi və qiymət siyasətinin turizm sənayesinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, Azərbaycan Turizm Bürosu və AHA-nın hotellərdə keçirdiyi Milli Ulduz Təsnifatının xüsusi əhəmiyyət daşıdığını və prosesin regionlarda da davam etdiriləcəyini bildirib.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026