15:44 - 28.02.2025
28 fevral, Fineko/abc.az. Microsoft, ehtimal ki, yaxın aylarda Skype-ı bağlamağa hazırlaşır.
ABC.AZ xəbər verir ki, tətbiqin son önizləmə kodunda gizli sərir görünüb: "May ayından etibarən Skype mövcud olmayacaq. Teams-də zəng edin və danışın". XDA Developers resursu buna diqqət yetirib. Təfərrüatlar hələ yoxdur, lakin Skype son günlərini yaşayır.
Xatırladaq ki, “Skype” 2003-cü ildə işə düşüb, 2011-ci ildə isə “Microsoft” onu 8.5 milyard dollara alıb. Son on il ərzində şirkət dəfələrlə xidməti yeniləyib və yenidən dizayn edib, 2016-cı ildə isə “Skype” texnologiyası əsasında qurulmuş “Teams” xidmətini təqdim edib.
O vaxtdan bəri, şirkət “Skype”ı yeniləməyə davam etsə də, “Teams” prioritet olub. 2023-cü ildə “Microsoft” xidmətə “Bing” çat-botunu ona əlavə edib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026