Proqnoz: 2053-cü ilə qədər dünyada hava sərnişinlərinin sayı 22 milyardı keçəcək

15:03 - 28.02.2025


28 fevral, Fineko/abc.az. “ACI World” 2024-2053-cü illər üçün hava limanı trafik proqnozunu verib.

ABC.AZ xəbər verir ki, mütəxəssislər qlobal sərnişin axınının uzunmüddətli artımını proqnozlaşdırırlar.

Dünyada hava səyahətçilərinin sayının 2043-cü ilə qədər 17,7 milyarda, 2053-cü ilə qədər  22,3 milyarda çatacağı gözlənilir ki, bu da 2024-cü il üçün proqnozlaşdırılan göstəricidən 2,4 təxminən dəfə çoxdur.

Müsbət dinamikaya inkişaf etməkdə olan bazarlarda orta səviyyəli səyahətlərə artan tələb, beynəlxalq səyahətlərin populyarlığı və hava limanı infrastrukturuna davamlı investisiyalar təsir edəcək, lakin bu artımı geosiyasi gərginlik, iqtisadi qeyri-sabitlik, təchizat zəncirinin pozulması kimi amillər ləngidir.