"Zhujong" cihazı Marsda qədim okean çimərliyi aşkar edib

11:02 - 25.02.2025


24 fevral, Fineko/abc.az. Çinin "Zhujong" Marsda yeriyənin radarı "Utopiya" Mars düzənliyində qədim çimərliyin gömülmüş izlərini aşkar edib. Çimərlik qədim Mars okeanının sahillərində qabarma və çəkilmə nəticəsində yaranmışdır.

ABC.AZ xəbər verir ki, çimərliyin kəşfi Marsdakı böyük su hövzələrinin ən azı bir neçə milyon ildir mövcud olduğunu göstərir, deyə Amerika Pensilvaniya Dövlət Universitetinin (UPenn) mətbuat xidməti bildirib.