12:31 - 24.02.2025
24 fevral, Fineko/abc.az. 2025-ci ilin yanvar ayında Azərbaycan sığorta bazarı üzrə yığımlar 17,6% və ya 24,5 milyon manat artaraq 163,66 milyon manata çatıb.
ABC.AZ Mərkəzi Banka istiandən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 22,8% artaraq 47,6 milyon manata yüksəlib.
Sığorta bazarının zərərlilik göstəricisi də artıb. Belə ki, ötən ilin ilk ayı ərzində toplanmış hər 100 manat sığorta haqqının 27,8 manatı ödənişə yönəldilibsə, bu ilin eyni dövründə bu rəqəm 29 manata yüksəlib.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026