Əzələli və skeletli humanoid robot hazırlanıb

17:06 - 21.02.2025


21 fevral, Fineko/abc.az. Clone Robotics şirkəti insan anatomiyasını real imitasiyası ilə heyran edən inqilabi Protoclone V1 robot-humanoidini təqdim edib. 

ABC.AZ xəbər verir ki, bir çox robotdan fərqli olaraq, Protoclone V1 yalnız mexaniki bir quruluş deyil, insanın əzələ-skelet sistemini təqlid edən kompleks bir sistemdir.

Protoclone V1 daha inkişaf etmiş protezlərlərin yaradılması üçün, insan bədənini modelləşdirmək üçün tibbi tədqiqatlarda, real vizual effektlər yaratmaq üçün kinoda və yeni, daha çox inkişaf etmiş insanabənzər robotlar hazırlamaq üçün robototexnika sahəsində istifadə edilə bilər.