11:53 - 21.02.2025
21 fevral, Fineko/abc.az. Artıq “Amazon” Ceyms Bond haqqında filmlərin hüquqlarına tam sahibdir.
ABC.AZ xəbər verir ki, elektron ticarət nəhəngi hazırda Ceyms Bond haqqında film franşizasına sahibdir və üzərində yaradıcı nəzarəti həyata keçirir.
Amazon MGM Studios və uzun müddət Bond filmlərinin prodüserləri Michael Q. Uilson və Barbara Brokkoli 20 fevral cümə axşamı günü franşizaya əqli mülkiyyət hüquqlarını saxlayacaq yeni birgə müəssisə yaratdıqlarını elan etdilər. Razılaşma başa çatdıqdan sonra “Amazon” gələcək Bond haqqında filmləri üzərində yaradıcı nəzarəti öz üzərinə götürəcək.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026