10:42 - 7.11.2017
7 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” (ASK) Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Korporasiyanın Müşahidə Şurası beş nəfərdən ibarət olacaq, ASC-nə rəhbərliyi isə baş direktor icra edəcək.
Səhmdar cəmiyyətin nizamnamə kapitalı və aktivləri “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində (balansında) olan və “ASK” ASC-nin mülkiyyətinə (balansına) veriləcək əmlak hesabına formalaşır.
Dövlət başçısının digər sərəncamlarına əsasən, Kamran Nəbizadə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru vəzifəsinə, Natiq Əmirov isə Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilmişdir.