10:39 - 20.02.2025
20 fevral, Fineko/abc.az. Azərbaycanda hotellər keçən il ümumi həcmi 694 milyon manat gəlir əldə ediblər və bunun da böyük hissəsi noyabr ayının payına düşüb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da keçən illə müqayisədə 42 faiz artımdır. Gəlirlərin həcmi Bakı şəhərində illik 51 faiz artımla 474.2 milyon manata yüksəlib.
Artımın əsas payı noyabr ayının payına düşüb. Belə ki, noyabr ayında hotellərin gəlirləri 120.65 milyon manat olub və bu da öncəki aylarından və hətta turizm ən aktiv sayıldığı iyul və avqust ayını 74 faiz üstələyib.
Azərbaycanda hotellərin xərcləri isə 510.41 milyon manat təşkil edib.
Beləliklə, hotel sənayesi 183.75 milyon manat həcmində vergi xərci çəkilməmiş mənfəət əldə etmiş olublar. Halbuki, keçən ilin mənfəəti cəmi 98.73 milyon manat olmuşdu.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026