16:05 - 10.09.2018
10 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Qərbi Abşeron” yatağında quyu qazması işlərini başa çatdırdı.
“SOCAR AQŞ” MMC-nin məlumatında deyilir ki, 63 saylı quyu 10 saylı dəniz özülündən qazılıb. “Quyunun faktiki dərinliyi 762 metr təşkil edir. Qazma "Kirmakinskaya svita-3" məhsuldar qata qədər həyata keçirilmişdir”, - məlumatda belə deyilir.
Qazma işlərinin sifarişçisi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyi idi.
Qərbi Abşeron yatağının ehtiyatları 10 milyon ton neft səviyyəsində qiymətləndirilir.
“SOCAR-AQŞ” MMC 2007-ci ildə ARDNŞ və “Absheron Drilling Company” arasında qazma və quyuların xidmətinin göstərilməsi üzrə yaradılıb.
Hal-hazırda SOCAR AQŞ dayaz sulu “Günəşli” yatağında, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yatağında qazma işləri aparır.
30 İyul 2026
28 İyul 2026