14:55 - 11.02.2025
11 fevral, Fineko/abc.az. Türkmənistan Türkiyənin Botaş şirkəti ilə öz təbii qazının mübadilə sxeminə əsasən İran üzərindən tranzitini razılaşdırıb.
ABC.AZ xəbər verirki, bu barədə Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov İran prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı məlumat verib.
Berdiməhəmmədov həmçinin bildirib ki, Türkmənistan elektrik enerjisi sahəsində qarşılıqlı fəaliyyətin artırılması məqsədilə Marı su elektrik stansiyasından İran sərhədinə qədər Marı - Məşhəd istiqamətində elektrik xəttinin çəkilməsini təklif edib. Onun sözlərinə görə, artıq lazımi danışıqlar aparılıb və müvafiq sənəd imzalanıb: layihənin İran şirkətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Əməkdaşlığın əsas istiqamətləri arasında Xalq Şurasının sədri nəqliyyatı qeyd edib. O vurğulayıb ki, Türkmənistan və İran Asiya ilə Avropanın qovşağında, Xəzər dənizi ilə Fars körfəzi arasında əlverişli coğrafi mövqe tutur ki, bu da hər iki ölkə üçün nəqliyyat-logistika sahəsində konstruktiv tərəfdaşlığa yol açır.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026