Daha bir ölkəyə xarici pasport olmadan gedə biləcəyik

10:06 - 4.02.2025


4 fevral, Fineko/abc.az. Yanvarın 31-də Özbəkistanın Miqrasiya və Vətəndaşlığın Qeydiyyatı Baş İdarəsi ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndələri şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması məsələlərini müzakirə etmək üçün onlayn görüş keçirib.

ABC.AZ xəbər verir ki, bu haqda “Dunyo” agentliyi məlumat yayıb.

Görüş zamanı bildirilib ki, bu, vətəndaşların gediş-gəlişini sadələşdirəcək və miqrasiya siyasəti sahəsində əməkdaşlığı genişləndirəcək.

“Səyahət rahatlığı biometrik şəxsiyyət vəsiqələrinin istifadəsi ilə artırılaraq, hər iki ölkə vətəndaşlarının xarici pasport almadan sərhədi keçməsinə imkan yaradacaq”, – məlumatda deyilir.