Bu ölkədə ticarət mərkəzi işçilərə maaş əvəzinə istehlakçı vauçerləri verib

16:12 - 27.01.2025


27 yanvar, Fineko/abc.az. Çində ticarət mərkəzlərindən biri işçilərinə maaş əvəzinə istehlakçı vauçerləri verib.

ABC.AZ xəbər verir ki, bu barədə South China Morning Post.Hong Kong nəşri yazır.

Bunlar əmlak idarəetmə xidmətlərini ödəmək və endirimli park yerləri almaq üçün istifadə edilə bilər. Ticarət mərkəzində kuponlar geyim mağazalarında və restoranlarda ödənilə bilər, ancaq bunun üçün qalıq pulu almaq mümkün deyildi.

İndi isə yerli polis ticarət mərkəzi ilə bağlı istintaqa başlayıb, çünki Çin qanunlarına görə, rəhbərlik əmək haqqının ödənilməsində hər hansı bir dəyişikliyi işçilərlə əlaqələndirməlidir.