14:57 - 27.01.2025
27 yanvar, Fineko/abc.az. Dövlət Statistika Komitəsi 2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.
ABC.AZ xəbər verir ki, 2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illə müqayisədə 25,1 faiz artaraq 4282,8 min olub.
Gecələmələrin ümumi sayının 60,9 faizi Bakıda, 4,6 faizi Xaçmazda, 4,5 faizi Naftalanda, 4,5 faizi Qusarda, 4,2 faizi Qəbələdə, 4,0 faizi Qubada, 3,6 faizi Şabranda, 2,5 faizi Lənkəranda, 1,2 faizi Şamaxıda, 1,1 faizi Masallıda, 1,0 faizi Qaxda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 6,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026