10:09 - 24.01.2025
24 yanvar, Fineko/abc.az. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ilin sonlarında “E-Şikayət” elektron xidmətini istifadəyə verib.
ABC.AZ xəbər verir ki, vətəndaşlar həmin elektron xidmət vasitəsilə xidmətlərindən narazı qaldıqları telekommunikasiya operator və provayderlərinə, həmçinin tənzimləyici quruma elektron hökumət portalı üzərindən real vaxt rejimində müraciət edə bilirlər.
İKTA-nın məlumatına əsasən, 2025-ci il yanvarın 1-nə olan məlumata görə, “E-Şikayət”ə edilən müraciətlərin sayı 4500-ə çatıb.
Onların 90,9%-i ilkin müraciət mərhələsində icra edilib, 6,5% civarında olan müraciətlər subyektlər tərəfindən icra mərhələsindədir. Yalnız müraciətlərin 2,6%-lik hissəsi vətəndaşların ilk icradan narazı qalması səbəbindən tənzimləyici qurumun araşdırmasındadır.
İstehlakçıların telekommunikasiya xidmətlərindən istifadəsi üzrə şikayət indeksi və ortalama cavablandırılma müddətləri (2024-cü il, IV-Rüb)

↑- İSP-nin indeks sırasında reytinqinin yaxşılaşmasının göstəricisidir, ↓- İSP-nin indeks sırasında reytinqinin pisləşməsinin göstəricisidir
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026