17:08 - 23.01.2025
23 yanvar, Fineko/abc.az. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Körpü-Bina-Tikinti” MMC ilə 30 milyon manatlıq müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, müqavilədə Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 29 983 234 manatdır.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026