17:23 - 22.01.2025
22 yanvar, Fineko/abc.az. “X” sosial şəbəkəsi “TikTok”a bənzər xidməti işə salıb. Ona daxil olmaq üçün tətbiqin alt panelindəki video bölməsinə keçid etmək kifayətdir.
ABC.AZ xəbər verir ki, tətbiqin daha əvvəl də şaquli videolara baxmaq funksiyası olub. Lakin indi bunun üçün ayrıca bölmə yaradılıb.
“X” sosial şəbəkəsi 21 dekabr 2024-cü il tarixindən “Premium+” abunəliyinin qiymətini ayda 22 dollara qaldırıb. Şirkət həmçinin “Premium+” abunəçiləri üçün axtarış sistemini işə salıb.
Qeyd edək ki, “TikTok” yanvarın 19-dan etibarən ABŞ-də fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
30 İyul 2026
29 İyul 2026