15:59 - 21.01.2025
21 yanvar, Fineko/abc.az. “Kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə aparılması, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi istiqamətində mühüm yeniliklərdən biri bazarlara nəzarət üzrə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlıdır.
ABC.AZ xəbər verir ki, dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdüyü obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq.
Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir.
Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiyanın, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumatın yerləşdirilməsi nəzərdə tutulur.
5 Avqust 2026
5 Avqust 2026
4 Avqust 2026