Ötən il ölkəmizə gələn əcnəbilərin 75,6 faizi hava nəqliyyatından istifadə edib

13:57 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. Ötən il ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, 2023-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 15,5 faiz artaraq 2158,9 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 32,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 11,6 faiz, Gürcüstana gedənlərin sayı 11,5 faiz, Türkiyəyə gedənlərin sayı 8,5 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,0 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,7 faizi İrana, 20,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil edib.

2024-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,4 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.