Hindistandan Azərbaycana gələnlər 2,1 dəfə artıb

12:32 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. 2024-cü ildə 2023-cü illə müqayisədə Hindistandan Azərbaycana gələnlərin sayı 2,1 dəfə, İspaniyadan – 2,0 dəfə, Cənubi Koreyadan – 1,9 dəfə, Çindən – 1,9 dəfə, Qırğızıstandan – 49,6 faiz, Qazaxıstandan – 48,6 faiz, Pakistandan – 46,7 faiz, Filippindən – 44,3 faiz, Omandan – 41,6 faiz, İordaniyadan – 39,7 faiz, Polşadan – 37,0 faiz, ABŞ-dan – 35,1 faiz, İtaliyadan – 35,1 faiz, Almaniyadan – 27,4 faiz, İrandan – 27,2 faiz, Niderlanddan – 27,1 faiz, Türkmənistandan – 27,0 faiz, Tacikistandan – 21,7 faiz, Səudiyyə Ərəbistanından – 21,6 faiz, Yəməndən – 21,0 faiz, Fransadan – 20,0 faiz, Böyük Britaniyadan – 19,2 faiz, Misirdən – 17,2 faiz, Rusiya Federasiyasından – 17,0 faiz, Özbəkistandan – 17,0 faiz, Ukraynadan – 15,6 faiz, Türkiyədən – 12,7 faiz, Moldovadan – 11,8 faiz artıb.

2023-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 34,9 faiz artaraq 112,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 21,4 faiz artaraq 425,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 18,8 faiz artaraq 979,0 min nəfər olub.