12:14 - 29.12.2024
29 dekabr, Fineko/abc.az. Rusiyanın “IrAero”, “Ural Airlines” və “UTair” aviaşirkətləri Ufa, Samara, Vladiqafqaz, Saratov, Nijni Novqorod və Soçidən Azərbaycana reysləri ləğv edib.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya KİV-lərinin məlumatında bildirilib.
Bildirilib ki, “UTair” Ufa və Samaradan Bakıya uçuşları ləğv edib. Sərnişinlər artıq SMS vasitəsilə ləğv barədə bildirişlər almağa başlayıblar. Reyslər hələ də bronlaşdırma sistemində qalır, lakin ən azı yanvarın sonuna qədər bilet almaq mümkün deyil.
Eyni zamanda, “UTair”in Moskva, Sankt-Peterburq, Tümen və Surqutdan Bakıya reysləri saxlanılır.
“IrAero” Vladiqafqaz, Saratov və Nijni Novqoroddan Bakıya reysləri cədvəldən çıxarıb. Bu reyslərə biletlər bronlaşdırma sistemindən tamamilə silinib. “IrAero”nun Moskva, Kazan, Perm, Novosibirsk və Krasnoyarskdan Bakıya reysləri qalır. (Report)
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026