10:23 - 5.09.2018
5 senytabr, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp, Erl Litsenbergeri (Earle D.Litzenberger) Azərbaycandakı səfir vəzifəsinə təklif edib.
Ağ Evin məlumatında deyilənə görə, Erl Litsenberger hazırda Dövlət Departamentində Hərbi-Siyasi İşlər Bürosunun böyük məsləhətçisi vəzifəsini tutur.
“E. Litsenberger müxtəlif vaxtlarda Marşall Fondunda böyük elmi işçi; NATO-nun ABŞ missiyasının rəhbərinin müavini; NATO-nun Əfqanıstandakı Böyük Sivil nümayəndəsinin müavini; ABŞ-ın Serbiyadakı səfirliyində Missiya Baş Sədrinin müavini; ABŞ-ın Qırğızıstandakı səfirliyinin missiya başçısının müavini vəzifələrində çalışıb”, - Ağ Evin məlumatında belə deyilir.
Erl Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.
ABŞ-ın Azərbaycandakı əvvəlki səfiri Robert Sekuta öz diplomatik missiyasını 2018-ci ilin mart ayında tamamladı.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026