10:02 - 5.09.2018
5 sentyabr, Fineko/abc.az. “TurStat” analitik agentliyi 2018-ci ilin birinci yarısında Rusiya turistləri arasında populyar ölkələrin reytinqini təqdim edib.
“TurStat”ın verdiyi məlumata görə, 2018-ci ilin ilk 6 ayında keçən ilin eyni dövrünə nisbətən Rusiyalıların Azərbaycana səfərləri 7% artaraq 349 minə çatıb.
2018-ci ilin ilk yarısında Rusiyalı turistlərin xarici səfərlərinin ümumi sayı 18,6 milyona çatıb ki, bu da ötən ilin göstəricisindən 9% çoxdur.
Rusiyalı turistlər arasında 2018-ci ildə ilk 15 xarici ölkələrin sırasına, 2018-ci ilin ilk 6 ayı ərzində Rusiyadan getmə turizm səfərlərinin sayı üzrə Türkiyə, Abxaziya, Finlandiya, Qazaxıstan, Ukrayna, Çin, Tailand, Estoniya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, İtaliya, Gürcüstan, İspaniya və Azərbaycan daxil olub.
Reytinq 2018-ci ilin ilk yarısında Rusiyadan getmə turizm səfərlərinin statistika analizinə əsasən tərtib edilib.
2018-ci ilin ilk yarısında Rusiya turistləri arasında populyar olan ilk 15 ölkə:
1. Türkiyə, 2 milyon 281 min (bir əvvəlki ilə görə + 40%),
2. Abxaziya, 1 milyon 751 min (əvvəlki ilə nisbətən + 5%),
3. Finlandiya, 1 milyon 559 min (əvvəlki ilə nisbətən + 1%)
4. Qazaxıstan, 1 milyon 287 min (əvvəlki ilə nisbətən + 1%)
5. Ukrayna, 1 milyon 074 min (əvvəlki ilə nisbətən + 8%),
6. Çin, 908 min (əvvəlki ilə nisbətən -4%),
7. Estoniya, 858 min (əvvəlki ilə nisbətən + 5%),
8.Tayland, 679 min (əvvəlki ilə nisbətən + 18%),
9. Almaniya, 591 min (əvvəlki ilə nisbətən + 4%)
10. BƏƏ, 545 min (əvvəlki ilə nisbətən + 52%)
11. Polşa, 532 min (əvvəlki ilə nisbətən -10%),
12. İtaliya, 498 min (əvvəlki ilə nisbətən + 20%),
13. Gürcüstan, 483 min (əvvəlki ilə nisbətən + 26%),
14. İspaniya, 406 min (əvvəlki ilə nisbətən + 5%),
15. Azərbaycan, 349 min (əvvəlki ilə nisbətən + 7%).
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026