Mask 400 milyard dollara sahib ilk iş adamı oldu

10:17 - 12.12.2024


12 dekabr, Fineko/abc.az. İlon Maskın sərvəti 400 milyard dollara çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg”də məqalə dərc olunub.

Belə ki, “Bloomberg Billionaires Index”in məlumatına görə, “SpaceX”in səhmlərinin bahalaşması sayəsində milyarderin sərvəti 439.2 milyard dollara çatıb.

Donald Trampın noyabrda prezident seçkilərində qələbəsi yeni təkan verib və “Tesla” səhmləri rəqib şirkətlər üçün vergi güzəştlərinin ləğv edilməsi gözləntiləri ilə 65% artıb.

Bundan əlavə, Maskın süni intellekt startapı “xAI”nin dəyəri seçkilərdən sonra iki dəfə artaraq 50 milyard dollara yüksəlib.

Müəllif: Elmir Murad