15:22 - 6.12.2024
6 dekabr, Fineko/abc.az. “OpenAI” şirkəti “ChatGPT” istifadəçilərinin sayı ilə bağlı maraqlı statistika açıqlayıb.
ABC.AZ xəbər verir ki, şirkət açıqlayıb ki, hazırda “ChatGPT”ın istifadəçiləri həftədə 300 milyona yüksəlib.
Beləliklə, 2024-cü ilin avqust ayından etibarən çat-botun həftəlik auditoriyası 100 milyon artıb.
Baş direktor Sem Altmanın sözlərinə görə, istifadəçilər hər gün ChatGPT-yə 1 milyondan çox sorğu göndərirlər.
Daha əvvəl “OpenAI” çat-bot daxilində reklamın tətbiqi imkanlarını nəzərdən keçirdiyini bildirib. Şirkət kommersiya strukturuna çevrilmək planları ilə əlaqədar yeni gəlir mənbələri axtarır. “OpenAI” həmçinin 2025-ci ilin yanvarında istifadəçi müdaxiləsi olmadan kompüterdə müxtəlif tapşırıqları yerinə yetirə biləcək yeni “Operator” adlı AI kəməkçisini buraxmağı planlaşdırır.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026