15:03 - 29.11.2024
29 noyabr, Fineko/abc.az. İtaliyalı konseptual rəssam Maurisio Kattelanın divara lentlə yapışdırılmış banan əsərini fantastik qiymətə satın alan milyarder maraqlı addım atıb.
ABC.AZ xəbər verir ki, italiyalı rəssamın əsərini 6,2 milyon dollara satın alan çinli kriptovalyuta rəhbəri Castin San əsərin əsas məğzi olan divardakı bananı onu hər kəsin gözü önündə yeyob.
Belə ki, TRON blokçeyn platformasının yaradıcısı olan Castin San hərracda banana sahiblənərkən onu yeyəcəyi vədini vermişdi.
Kriptovalyuta rəhbəri 6,2 milyon dollara aldığı bananın ilk dadını aldıqdan sonra onun indiyədək yediyi bananlardan qat-qat yaxşı olduğunu söyləyib. Həmin görüntüləri sizə təqdim edirik.
@iqtisadiyyat.az Çinli kriptomilyoner Castin San hərracda 6.2 milyon dollar ödəyərək əldə etdiyi italiyalı rəssam Mauritsio Kattelanın “divara skoçla yapışdırılmış banan” əsərinin meyvəsini yeyib. #iqtisadiyyataz ♬ original sound - İqtisadiyyat.az
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026