16:28 - 28.11.2024
28 noyabr, Fineko/abc.az. Bu günə qədər 160 milyondan çox “PlayStation 2” satılıb.
ABC.AZ xəbər verir ki, bu barədə "Sony”nin saytında məlumat dərc edilib.
“Sony” 2011-ci ildə “PlayStation 2” satışları ilə bağlı son böyük açıqlama vermişdi.
O dövrdə 150 milyon satışa çatdıqlarını açıqlayan şirkət, cəmi 1 il sonra 5 milyon daha çox konsol satdıqlarını açıqladı.
2013-cü ilin yanvarında “PlayStation 2″nin istehsalını dayandıran şirkətin belə köhnə konsolun daha 5 milyon ədədini satması həqiqətən inanılmaz uğurdur.