Azərbaycan buna görə dünyada 93-cü yerdədir

11:08 - 25.11.2024


25 noyabr, Fineko/abc.az. Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (57,62 MB/S) görə 158 ölkə arasında 93-cü yerdə qərarlaşıb ki, bu da sentyabra nisbətən 3 pillə irəliləyiş deməkdir.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat “Speedtest Global Index”in hesabatında öz əksini tapıb. Belə ki, bir il əvvəlki göstərici (30,48 MB/S) ilə müqayisədə isə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 89 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (316,99 MB/S), axırıncı yeri isə Kuba (2,84 MB/S) tutub.

Müəllif: Elmir Murad