“WhatsApp”da səsli mesajları mətnə çevirmək mümkün olacaq

12:02 - 22.11.2024


22 noyabr, Fineko/abc.az. “WhatsApp”a səsli mesajları transkripsiya etmək funksiyasını əlavə edilib.

ABC.AZ xəbər verir ki, funksiyanı yandırmaq və ya söndürmək üçün parametrlərə keçmək, “Söhbətlər” bölməsini  və transkripsiya etmək istədiyiniz mesajları seçməlisiniz.

Səsli mesajın mətn versiyasını əldə etmək üçün mesajın üzərinə basıb saxlayın və “transkripsiya”nı seçin. Yenilik bütün dünya ölkələrində aktivdir.

Qeyd edək ki, “Android” cihazlarında ingilis, portuqal, ispan və rus dilləri dəstəklənir.